"Traktor" medalsız qaldı

İran çempionatında 2019/2020 mövsümünə yekun vurulub.
 
Sportline.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor” sonuncu-30-cu turda "Fulad"la qarşılaşıb və 0:1 hesab ilə uduzub.

Bu nəticədən sonra "Fulad" xalını 51-ə yüksəldərək 3-cü pilləyə qalxıb. Təbriz klubu isə 50 xalla 4-cü pillə ilə kifayətlənib.

Qeyd edək ki, çempionatın qalibi 67 xalla "Persepolis" olub. "Esteqlal" 53 xalla turniri 2-ci pillədə başa vurub.

Banner