"Traktor"dan qələbə

"Traktor" İran çempionatında növbəti oyununa çıxıb.

Sportline.az xəbər verir ki, Təbriz təmsilçisi 17-ci turda bu gün "Nassaji Mazandaran"ı qəbul edib. Matç Cənubi Azərbaycan klubunun qələbəsi ilə başa çatıb - 2:1.

Bu qələbə ilə xalını 26-ya çatdıran "Traktor" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Turnir cədvəlinə 34 xalla "Persepolis" başçılıq edir.