"Traktor"dan səfər qələbəsi
Bu gün İran çempionatında 21-ci turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu səfərdə “Sanat Naft”la qarşılaşıb. “Traktorçular” bu oyundan qələbə ilə ayrılıblar – 3:1. "Traktor"un heyətində Reza Əsədi dubl (14,19) dubl edib. Komandanın digər qolunu isə 75-ci dəqiqədə Mehdi Haşemnecat vurub.
Qeyd edək ki, “Traktor” 21 turdan sonra 36 xalla 16 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.