“Traktor”dan xal itkisi
İran çempionatında 13-cü turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” evdə “Mes Kerman”la qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, 13 turdan sonra 19 xala malik “Traktor” turnir cədvəlində 16 komanda arasında 5-cidir.