Transfer pəncərəsindən baxış

Azərbaycan futbolunda qış transfer pəncərəsi yanvarın 13-də açılıb, fevralın 9-da bağlanacaq.

Sportline.az bu ərəfədə komandaların heyətindəki yenilikləri təqdim edir:

"Qarabağ”

Gələnlər: Yoxdu
Gedənlər: İbrahim Aslanlı ("Zirə"), Elşən Abdullayev ("Zirə": icarəyə)
Müqavilə müddətini artıran: Yoxdu
 
"Qəbələ”

Gələnlər: Yoxdu
Gedənlər: Roman Hüseynov ("Kəpəz": icarəyə), Ekiqo Ehiosun
Müqavilə müddətini artıran: Vojislav Stankoviç
 
"Zirə”

Gələnlər: İbrahim Aslanlı ("Qarabağ"), Elşən Abdullayev ("Qarabağ": icarəyə)
Gedənlər: Murad Səttarlı ("Kəpəz”), Nicat Qurbanov ("Sumqayıt"), David Manqa
Müqavilə müddətini artıran: Yoxdu
 
"Sumqayıt”

Gələn: Elnur Abdullayev ("Keşlə”), Nicat Qurbanov ("Sumqayıt")
Gedənlər: Yoxdu
Müqavilə müddətini artıran: Yoxdu
 
"Neftçi”

Gələnlər: Təyyar Məmmədov ("Səbail": icarədən qayıdıb)
Gedənlər: Pavel Dreksa ("Karvina”, Çexiya: icarə müddəti başa çatıb), Rahil Məmmədov ("Səbail"), Fəhmin Muradbəyli ("Səbail”: icarəyə), Maksim Vaylo ("Sabah": icarəyə), Məqsəd İsayev ("Keşlə"), Maksim Vaylo, Təyyar Məmmədov (hər ikisi "Sabah": icarəyə), Edson Kastilyo
Müqavilə müddətini artıran: Yoxdu
 
"Səbail"

Gələnlər: Rahil Məmmədov ("Neftçi"), Fəhmin Muradbəyli ("Neftçi”: icarəyə)
Gedənlər: Təyyar Məmmədov ("Neftçi": icarə müddəti başa çatıb), Eqdaras Jarskis, Adrian Popoviçi, Renan Telles, Amit Quluzadə, Yamin Ağakərimzadə
Müqavilə müddətini artıran: Yoxdu
 
"Keşlə”

Gələnlər: Yuri Maksimov (baş məşqçi), Məqsəd İsayev ("Neftçi"), Kamran Ağayev, Pablo Podio ("Fastav", Çexiya: icarəyə)
Gedənlər: Ramiz Məmmədov (baş məşqçi), Elnur Abdullayev ("Sumqayıt”), İlkin Qırtımov, Samir Zərgərov ("Kəpəz"), Nizami Hacıyev, Mirhüseyn Seyidov
Müqavilə müddətini artıranlar: Yoxdu
 
"Kəpəz”    
  
Gələnlər: Murad Səttarlı ("Zirə”), Roman Hüseynov ("Qəbələ": icarəyə), Samir Zərgərov ("Keşlə")
Gedənlər: Samba Diallo, Mansur Aladji, Viktor Oseqeyl 
Müqavilə müddətini artıran: Yoxdu