Transfer pəncərəsindən baxış
Azərbaycan futbolunda qış transfer pəncərəsi yanvarın 13-də açılıb, fevralın 9-da bağlanacaq.
Sportline.az bu ərəfədə klubların heyətindəki dəyişiklikləri təqdim edir:
"Qarabağ”
Gələnlər: Yoxdur
Gedənlər: İbrahim Aslanlı ("Zirə"), Elşən Abdullayev ("Zirə": icarəyə)
Müqavilə müddətini artıran: Yoxdur
"Qəbələ”
Gələnlər: Yoxdur
Gedənlər: Roman Hüseynov ("Kəpəz": icarəyə), Ekiqo Ehiosun, Aqil Məmmədov ("Neftçi")
Müqavilə müddətini artıran: Vojislav Stankoviç
"Zirə”
Gələnlər: İbrahim Aslanlı ("Qarabağ"), Elşən Abdullayev ("Qarabağ": icarəyə)
Gedənlər: Murad Səttarlı ("Kəpəz”), Nicat Qurbanov ("Sumqayıt"), David Manqa
Müqavilə müddətini artıran: Yoxdur
"Sumqayıt”
Gələn: Elnur Abdullayev ("Keşlə”), Nicat Qurbanov ("Sumqayıt")
Gedənlər: Yoxdur
Müqavilə müddətini artıran: Yoxdur
"Neftçi”
Gələnlər: Təyyar Məmmədov ("Səbail": icarədən qayıdıb), Aqil Məmmədov ("Qəbələ"), Aqil Məmmədov
Gedənlər: Pavel Dreksa ("Karvina”, Çexiya: icarə müddəti başa çatıb), Rahil Məmmədov ("Səbail"), Fəhmin Muradbəyli ("Səbail”: icarəyə), Maksim Vaylo ("Sabah": icarəyə), Məqsəd İsayev ("Keşlə"), Maksim Vaylo, Təyyar Məmmədov (hər ikisi "Sabah": icarəyə), Edson Kastilyo
Müqavilə müddətini artıran: Yoxdur
"Səbail"
Gələnlər: Rahil Məmmədov ("Neftçi"), Fəhmin Muradbəyli ("Neftçi”: icarəyə), Aqşın Qurbanlı
Gedənlər: Təyyar Məmmədov ("Neftçi": icarə müddəti başa çatıb), Eqdaras Jarskis, Adrian Popoviçi, Renan Telles, Amit Quluzadə, Yamin Ağakərimzadə
Müqavilə müddətini artıran: Yoxdur
"Keşlə”
Gələnlər: Yuri Maksimov (baş məşqçi), Məqsəd İsayev ("Neftçi"), Kamran Ağayev, Pablo Podio ("Fastav", Çexiya: icarəyə)
Gedənlər: Ramiz Məmmədov (baş məşqçi), Elnur Abdullayev ("Sumqayıt”), İlkin Qırtımov, Samir Zərgərov ("Kəpəz"), Nizami Hacıyev, Mirhüseyn Seyidov
Müqavilə müddətini artıranlar: Yoxdur
"Kəpəz”
Gələnlər: Murad Səttarlı ("Zirə”), Roman Hüseynov ("Qəbələ": icarəyə), Samir Zərgərov ("Keşlə")
Gedənlər: Samba Diallo, Mansur Aladji, Viktor Oseqeyl
Müqavilə müddətini artıran: Yoxdur