Trossard "Arsenal"dan ayrılacaq
"Arsenal"ın belçikalı futbolçusu Leandro Trossard mövsümün sonunda klubdan ayrılacaq.
Sportline.az "Mirror"a istinadən xəbər verir ki, London klubu Trossardı 40 milyon avro qarşılığında satmağa hazırdır.
30 yaşlı futbolçunun "Arsenal"la müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Qeyd edək ki, Trossard cari mövsüm çıxış etdiyi 39 matçda 5 qol və 7 asistlə yadda qalıb.