Tüdor istefaya göndərildi
"Qalatasaray"da gözlənilən istefa gerçəkləşib. SportLine.az xəbər verir ki, baş məşqçi İqor Tüdor vəzifəsindən kənarlaşdırılıb. Bu barədə "Hürriyet" məlumt yayıb.
Klubun İdarə Heyətinin bu gün keçiriləcək iclasdan sonra istefa barədə xəbəri rəsmən açıqlayacağı gözlənilir.
Qeyd edək ki, müqavilənin şərtlərinə əsasən, xorvatiyalı mütəxəssis 400 min avro təqaüd alacaq.