Tuncay Şanlı geri dönür

Türkiyə millisi və "Fənərbağça"nın sabi hücumçusu Tuncay Şanlı məşqçilik karyerasını bərpa edir.

Sportline.az fanatik.com.tr-yə istinadla xəbər verir ki, Tuncayın "Sakaryaspor"un sükanı arxasına keçəcəyi gözlənilir.

Onunla danışıqların müsbət nəticələndiyi bildirilir.

Qeyd edək ki, Tuncay Şanlı 2021/2022 mövsümündə "Sakaryaspor"la TFF 2-ci Liqanın qalibi olmuşdu.