Turam Avropa nəhənglərinin radarındadır
"İnter"in forvardı Markus Turam Avropa klublarının maraq dairəsindədir.
Sportline.az xəbər verir ki, "Paris Sen-Jermen", "Barselona" və "Bavariya" 28 yaşlı oyunçunu transfer etməyə çalışır.
Bu haqda "Calciomercato" nəşri məlumat yayıb.
Qeyd edək ki, Fransa millisinin üzvü cari mövsüm meydana çıxdığı 30 matçda 12 qol, 5 asistlə yadda qalıb.