"Turan - Tovuz" İsveçrə klubu ilə görüşəcək
Qış təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirəcək “Turan Tovuz” yoxlama oyunlarına çıxacaq.
Sportline.az xəbər verir ki, qərb təmsilçisi Antalyada üç yoxlama matçına çıxacaq. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv yanvarın 13-də İsveçrənin “Aarau” klubu ilə üz-üzə gələcək.
Bundan əvvəl, yanvarın 9-da isə “Turan Tovuz” “Petrolul”la qarşılaşacaq.
Premyer Liqa klubu yanvarın 17-də üçüncü yoldaşlıq görüşünə çıxacaq. Amma hələ ki, rəqibin kimliyi dəqiqləşməyib.