Sumqayıtda 2 qol, “Turan Tovuz” “Sabah”a uduzdu
Bu gün futbol üzrə Misli Premyer Liqasında XV tura yekun vurulacaq.
Sportline.az xəbər verir ki, sonuncu oyun günündə daha iki oyun olacaq.
Əvvəlcə “Turan Tovuz” “Sabah”ı qəbul edəcək.
Turun son matçında isə “Sumqayıt” və “Qəbələ” komandaları üz-üzə gələcək.
Xatırladaq ki, daha öncə “Neftçi” “Səbail”ə qalib gəlibsə (3:1), “Şamaxı” - “Kəpəz” (1:1) və “Qarabağ” - “Zirə” (0:0) görüşlərində qalib müəyyənləşməyib.
Misli Premyer Liqası
XV tur
29 noyabr
“Turan Tovuz” – “Sabah” 0:1
Qol: Kaşuk, 80
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə.
Tovuz şəhər stadionu, 14:00.
“Sumqayıt” – “Qəbələ” 1:1
Qol: İsnik Alimi, 74-pen. (0:1), Todoroski, 79 (1:1)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov.
Sumqayıt. “Kapital Bank Arena”, 16:30.