Türk futbolçu "Liverpul"da?

“Liverpul”  zədəli futbolçusu Vircil van Deykin  əvəzləyicisini tapıb.

Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, “qırmızılar”ın rəhbərliyi   “Şalke”nin müdafiəçisi Ozan Kabakı komandanın heyətinə qatmağı planlaşdırır.

Bundesliqa klubu isə futbolçu üçün 29 milyon avro tələb edir. Kabakın Almaniya təmsiçisi ilə hazırkı müqaviləsinin müddəti 2024-ü ilin yayına qədərdir.

Qeyd edək ki, Van Deyk ciddi xəsarət aldığı üçün onun mövsümün sonuna qədər yaşıl meydanlardan kənar qalmaq ehtimalı böyükdür.

Qeyd edək ki, Kabak ötən mövsüm 26 matçıa çıxaraq, 3 qol vurub.