Türk futbolçu "Milan"da
Növbəti mövsüm Avropa Liqasında çıxış edəcək "Milan" heyətini gücləndirməkdədir.
SportLine.az xəbər verir ki, "rossoneri" bu dəfə axtardığını Bundesliqada tapıb. İtaliya klubu Leverkuzen "Bayer"inin yarımmüdafiəçisi Hakan Çalhanoğlunu heyətinə qatıb.
Transfer "Milan"ı 20 milyon avro xərcə salıb. Futbolçu ilə 4 il müddətinə razılığa gəlinib. H.Çalhanoğlu ilinə 2,5 milyon avro qazanacaq.
Qeyd edək ki, bunadək "Karlsrue" və "Hamburq" klublarının da şərəfini qoruyub.