Türkiyə 2-ci Liqa komandasının qapıçısı "Atletiko" Madridin radarına düşüb
La Liqa komandalarından "Atletiko" Madrid "Altınordu"da çıxış edən gənc qapıçı Mert Bayramla maraqlanır.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, İspaniya klubunun rəhbərliyi artıq bu transfer üçün danışıqlara başlayıb.
Müqavildə "Altındordu"nun sonrakı satışdan qazanacağı pay müzakirə olunur.
Mert Bayram, tərəflərin razılığa gələcəyi təqdirdə Madrid klubu ilə 5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, türkiyəli qapıçı ötən mövsüm "Altınordu"nun heyətində 16 oyuna çıxıb.