Türkiyə Avro-2024 üçün namizədliyini irəli sürdü

Futbol üzrə Avropa çempionatı 2024-cü ildə Türkiyədə keçirilə bilər. SportLine.az xəbər verir ki, qardaş ölkə yarışa ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.

Türkiyə Futbol Federasiyasının rəsmi saytına yayımlanan məlumata görə, Yıldırım Dəmirörən Nyonda UEFA-nın baş katibi Teodor Teodorislə görüşüb və “Avro-2024”ə ev sahibliyi etmək üçün rəsmi ərizəni ona təqdim edib.

Qeyd edək ki, Norveç, İsveçrə, Danimarka, Finlandiya, İslandiya və Farer adalarının qitə turnirinə ev sahibliyi etmək üçün namizədliyini irəli sürdükləri açıqlanıb. Yekun qərar bu ilin sentyabrında müəyyən olunacaq.