Türkiyə çempionu "Qarabağ"la qarşılaşa bilər

Türkiyə Superliqasının qalibi Çempionlar Liqasına 2-ci təsnifat mərhələsindən qatılacaq.

Sportline.az xəbər verir ki, Türkiyə çempionu olacaq komandanın ("Qalatasaray" və ya "Fənərbağça") 2-ci təsnifat mərhələsində potensial rəqiblərindən biri də "Qarabağ"dır.

Xatırladaq ki, "Qarabağ" son olaraq "Qalatasaray"la xeyriyyə matçından 1:2 hesablı məğlubiyyətlə ayrılıb.