Türkiyə futbolundakı qalmaqala aydınlıq gətirildi
"Fənərbağça"nın futbolçusu Samed Akaydının "Trabzonspor" ilə keçirilən matçda qol sevincində səcdəyə gedən Trezegeyə tüpürdüyü iddia olunsa da, daha sonra vəziyyətin başqa cür olduğu ortaya çıxıb.
Sportline.az SporX-ə istinadla xəbər verir ki, Samet Akaydın bu məsələ ilə bağlı açıqlamasında: "Xəyal belə edə bilməyəcəyim bir yerdən, dinimdən mənə zərbə vurmağa çalışdılar. Belə şeyləri ayırd etmək lazımdır. Bu, futbola yaraşmır. Oyunun sonunda da Trezege ilə qucaqlaşdım. Mən trabzonluyam, insanların mənə fərqli gözlə baxmasını istəmirəm. Hamını Allaha həvalə edirəm" - deyib.
Qeyd edək ki, bu komandalar arasında görüşdə Fənərbağça rəqibini 3-1 hesabı ilə məğlub etmişdi