Türkiyə - İslandiya matçının hakimləri müəyyənləşib
UEFA Millətlət Liqasının ikinci turu çərçivəsində keçiriləcək Türkiyə - İslandiya oyununun hakimləri məlum olub.
Sportline.az xəbər verir ki, görüşü albaniyalı Enea Jorgji idarə edəcək.
Köməkçi hakimlər Denis Rexha, Ridiger Çokaj və Eldorjan Hamiti olacaqlar.
Qeyd edək ki, matç sentyabrın 9-u saar 22:45-də baş tutacaq.