Türkiyə İslandiya qarşısına belə çıxacaq
Bu gün UEFA Millətlər Liqasında 4-cü turun oyunları keçiriləcək.
Sportline.az xəbər verir ki, B qrupunun lideri Türkiyə millisi səfərdə İslandiya komandası ilə münasibətləri aydınlaşdıracaq.
Ay-ulduzluların heyətində əsas itki İsmayil Yüksek və qapıçı Mert Günokun adı ilə bağlıdır.
Hər 2 futbolçu zədə səbəbindən komandasına kömək edə bilməyəcək.
İslandiya isə rəqibindən fərqli olaraq meydana optimal heyətlə çıxacağı gözlənilir.
Matçı polşalı hakim Damian Svelstrzak idarə edəcək. Görüşün start fiti 22:45-də səslənəcək.