Türkiyə İtaliya ilə birgə çempionat keçirmək istəyir
İtaliya və Türkiyə Avro-2032-ci il Avropa çempionatını birgə təşkil etmək niyyətindədir.
Sportline.az xəbər verir ki, hər iki ölkənin ali futbol qurumu bununla bağlı UEFA-ya müraciət edib.
İtaliya və Türkiyədən başqa bugünədək həmin yarışı keçirməyə başqa namizəd yoxdur.
Bu baxımdan, federasiyaların müraciətinin müsbət cavablandırılacağı gözlənilir.
Qeyd edək ki, 2028-ci il Avropa çempionatını İngiltərə, Şimali İrlandiya, İrlandiya, Şotlandiya və Uels birgə təşkil etməyə hazırlaşır.