Türkiyə klublarının bu mövsüm UEFA-dan əldə etdiyi gəlirlər açıqlanıb
Bu mövsüm Türkiyəni Avropada təmsil edən klubların gəlirləri məlum olub.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, ən çox gəlir əldə edən komanda 30 milyon 140 min 737 avro ilə “Qalatasaray” olub.
“Fənərbağça” 8 milyon 613 min 761 avro, “Beşiktaş” isə 5 milyon 152 min 661 avro qazanıb. “Adanademirspor”un gəliri 1 milyon 91 min 862 avro olub.
Qeyd edək ki, dünən gecə Türkiyənin avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçisi “Fənərbağça” Konfrans Liqasında “Olimpiakos”a məğlub olaraq turnirlə vidalaşıb.