Adı Türkiyə klubları ilə hallanan Ndidinin gələcəyi bəlli olub
"Lester Siti" yarımmüdafiəçi Vilfred Ndidinin müqaviləsini uzadıb.
Sportline.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.
Nigeriyalı futbolçu ilə yeni müqavilə 2027-ci ilə qədər nəzərdə tutulub.
27 yaşlı futbolçu 2017-ci ildən "Lester Siti"də çıxış edir. Bu müddət ərzində klubla 273 oyuna çıxan Ndidi 17 qolla yadda qalıb.
Qeyd edək ki, ötən mövsümü "Lester"lə Premyer Liqaya vəsiqə qazanan Ndidi 2021/2022 sezonunda Fa Cup və Super Kubokun qalibi olub.