Türkiyə klubu bağlanmaq təhlükəsi ilə üz-üzə
Türkiyənin “Bursaspor” klubu borclarını ödəyə bilmədiyi üçün transfer qadağası ilə üzləşib.
Sportline.az "Bursaspor"un rəsmi saytına istinadla xəbər verir ki, Türkiyə klubu 57 milyon TL borcu olduğu üçün lisenziya ala bilməyib.
Məlumata görə komandanın keçmiş prezidenti Ali Ay stadionun 62 hektarlıq hissəsini öz adına keçirib.
Qeyd edək ki, klub borcunu ödəmədiyi halda bağlanma riski ilə qarşı-qarşıyadır.