Türkiyə klubu "Qarabağ"a müraciət edib
"Ankaragücü" "Qarabağ"a müraciət edib. Türkiyə klubu Kvabena Ovusunun transfer hüququnu almaq niyyətindədir.
Sportline.az xəbər verir ki, TFF I Liqada mübarizə aparan paytaxt təmsçisi ötən ilin yayında icarəyə götürdüyü qanalı hücumçunun xidmətində maraqlıdır.
Super Liqaya iddialı "Ankaragücü" Ağdam komandası ilə sözləşməsi 2023-cü ilin yayında başa çatacaq afrikalıya görə nə qədər təzminat ödəyəcəyi açıqlanmır.