Türkiyə klubu ulduz futbolçunun ovuna çıxıb

11 illik fasilədən sonra Türkiyə Super Liqasına dönən "Samsunspor" heyəti gücləndirməkdədir.

Sportline.az fanatik.com.tr-yə istinadla xəbər verir ki, Qara dəniz təmsilçisi bu mövsüm azarkeşlərini ulduz futbolçu transferi ilə də sevindirmək niyyətindədir.

"Samsunspor" rəhbərliyi bu məqsədlə İngiltərəyə üz tutub.

Onlar "Aston Villa"nın futbolçusu Bertran Traorenin keçidi ilə bağlı danışıqlara başlayıblar.

Qeyd edək ki, Burkina Fasolu hücumçu son mövsümü icarə əsasında "Başakşəhər"də keçirib.