Türkiyə klubunun yeni baş məşqçisi məlum olub

Türkiyə 1-ci liqa təmsilçisi "Ümraniyespor"un yeni baş məşqçisi açıqlanıb.

Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, İstanbul klubunu bundan sonra Tahsin Tam çalışdıracaq.

Ötən mövsüm "Çorum" və "Keçiörengücü" klublarına rəhbərlik edən 54 yaşlı mütəxəssis 1-ci liqada çıxdığı 24 oyunda 8 qələbə, 7 heç-heçə və 9 məğlubiyyət yaşayıb.(1.29 xal ortalaması).

Qeyd edək ki, Tahsin Tam baş məşqçilik karyerasında daha əvvəl "Bodrum" FK, "Karacabey Belediyyespor", "Bursaspor" klublarında işləyib.