Türkiyə kubokunun sahibi müəyyənləşir

Bu gün futbol üzrə Türkiyə Kubokunun sahibi müəyyənləşəcək.

Sportline.az xəbər verir ki, həlledici görüşdə "Trabzonspor" və "Alanyaspor" komandaları münasibətləri aydınlaşdıracaq.

Superliqanın axırıncı turlarında çempionluğu "Başakşehir"ə buraxan "Trabzonspor" ikinci yeri tutub. "Bordo-mavilər" finalda qalib gəlsələr, tarixlərində 9-cu dəfə kuboka sahib olacaqlar. 

Çempionatda 5-ci yerlə kifayətlənən "Alanyaspor" isə kubokda ilk dəfə final həyəcanı yaşayacaq.  

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.