Türkiyə millisi pley-offu təmin etdi
Türkiyə millisi DÇ-2026-nın Avropa üzrə seçmə mərhələsinin IX turunda Bolqarıstan yığmasını 2:0 hesabı ilə məğlub edib.
Sportline.az xəbər verir ki, görüş Bursa şəhərindəki "Timsah Arena" stadionunda keçirilib.
18-ci dəqiqədə Hakan Çalhanoğlu penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı açıb. 84-cü dəqiqədə isə Atanas Çernev avtoqol müəllifi olub.
Türkiyə doqquz turda mümkün 15 xalın 12-ni toplayıb, yeganə məğlubiyyətini İspaniyadan alıb. Son turda türkiyəli futbolçular məhz 15 xal toplayan və qapısından top buraxmayan ispaniyalılarla qarşılaşacaqlar.
İspaniya birbaşa mundiala vəsiqə qazanıb, Türkiyə isə seçmələrin pley-off mərhələsində oynayacaq.