Türkiyə millisində itkilər var

Sabah “Avro-2020”nin seçmə mərhələsində Fransa ilə qarşılaşacaq Türkiyə millisi ciddi itkilərlə üzləşib.

Sportline.az xəbər verir ki, kapitan Emre Belözoğlu, Abdulkadir Parmak və Efecan Karaca sıradan çıxıb. Onların heç biri Fransa ilə səfər matçında iştirak etməyəcək.

Qeyd edək ki, Fransa – Türkiyə oyunu oktyabrın 14-də Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.