Türkiyə nəhəngi fransalı ulduzu istəyir
Tanquy Ndombele karyerasını Türkiyə Super liqasında davam etdirə bilər.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, “Qalatsaray” transfer hüquqları “Tottenem”ə məxsus olan və ötən mövsüm icarə əsasında “Napoli”də çıxış edən müdafiəçi ilə danışıqlara başlayıb.
“Tottenhem” klubu ilə 2 illik müqaviləsi olan futbolçunun önümüzdəki həftə komandadan ayrılacağı gözlənilir.
Qeyd edək ki, Tanquy Ndombele ötən mövsüm “Napoli” forması ilə çıxdığı 40 görüşdə 2 qol 1 asist ilə yadda qalıb.