Türkiyə nəhəngi transfer bombası partlatmaq istəyir

“Qalatasaray” daha bir məşhur futbolçunu heyətə qatmaq istəyir.

Sportline.az GOAL.com-a istinadla bildirir ki, İtaliyanın “Yuventus” klubunun şərəfini qoruyan Di Mariya ilə görüş keçirən “Qalatasaray” mübət cavab alıb.

Amma “Napoli” və “Atletiko Madrid” də bu transferdə istəkli olması Türkiyə nəhənginin işini çətinləşdirə bilər.

 Qeyd edək ki, Di Mariyanın transfer dəyəri 10 milyon avrodur.