Türkiyə Super Liqasına gətirilən xarici hakimlərin maaşları bəlli oldu

Türkiyə Super Liqasına gətirilən xarici hakimlərin maaşları bəlli olub.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Türkiyə Super Liqasını idarə edən xarici hakimlər oyun başına 200 min Türkiyə Lirəsi gəlir əldə edəcəklər.

Yerli hakimlər üçün isə bu məbləğ 15 min Türkiyə Lirəsi olaraq nəzərdə tutulub.

Qeyd edək ki, türkiyəli hakimlər bu qərara qarşı gəliblər və növbəti oyunları idarə etməkdən imtina ediblər.