Türkiyə Super Liqasında yeni mövsümün təqvimi bəlli olub

Türkiyə Super Liqasında 2024/2025 mövsümünün oyun təqvimi məlum olub.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, avqustun 9-da başlanacaq yeni mövsüm iyunun 1-də başa çatacaaq.

Super Liqada yeni mövsümdə 19 komanda çıxış edəcək və son 3 pillənin sahibi elita ilə vidalaşacaq.

Çempionatın ilk turunun oyunları aşağıdakı kimidir:

"Sivasspor" - "Trabzonspor"

"Fənərbağça" - "Adana Demirspor"

"Rizespor" - "Başakşehir"

"Kasımpaşa" - "Konyaspor"

"Qalatasaray" - "Hatayspor"

"Alanyaspor" - "Eyüpspor"

"Antalyaspor" - "Göztepe"

"Samsunspor" - "Beşiktaş"

"Bodrum FK" - "Gaziantep FK".

"Kayserispor" ilk həftə meydana çıxmayacaq.