Türkiyə və Ermənistan milliləri üz-üzə

Türkiyənin 17 yaşadək qadın futbolçulardan ibarət milli komandası Ermənistan millisi ilə qarşılaşacaq.

Sportline.az xəbər verir ki, oyun martın 15-də Armavir şəhərində keçiriləcək.

Görüş Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinin 2-ci qrupunun oyunları Ermənistanda keçiriləcək. Eyni qrupa düşən bu komandalar ilk turda üz-üzə gələcəklər. Qrupda Latviya və Uels milliləri də yer alıb.

Seçmə mərhələyə martın 21-də yekun vurulacaq.