Türkiyədən İngiltərə çempionatına

İngiltərənin “Notinqem Forest” klubu “Qalatasaray”ın futbolçusu Viktor Nelsonun xidmətində maraqlıdır.

Sportline.az Fanatik.com.tr-yə istinadla xəbər verir ki, ingiltərəlilər danimarkalı futbolçu üçün təklif göndərməyə hazırlaşırlar.

“Qalatasaray” rəsmiləri sözügedən təklifi dəyərləndirəcəklərini bildiriblər.

Qeyd edək ki, Viktor Nelsonun hazırki transfer dəyəri 18 milyon avrodur.