Türkiyəli futbolçu “Atletiko Madrid” də

Madrid "Atletiko"su Türkiyə millisinin müdafiəçisini heyətə cəlb edib.

Sportline.az  Goal.com-a istinadla xəbər verir ki, İspaniya klubu “Lester Siti”nin və Türkiyə millisinin müdafiəçisi Çağlar Söyüncü ilə müqavilə imzalayıb. 

“Lester Siti”dən ayrılan futbolçu : “Burada oynayacağımdan qürur duyuram. Arda Turandan sonra bu klubda oynamaq həyəcan vericidir. Çempionluq üçün əlimdən gələn edəcəyəm”, - deyib.

Qeyd edək ki, Çağlar Söyüncü “Atletiko Madrid” ilə 4 illik müqavilə imzalayıb.