Türkiyəli futbolçudan Yaponiya Liqasında diqqət çəkən performans

Bir dönəm "Beşiktaş" və "Fənərbağça"nın formasını geyinən Tolqay Arslan "Sanfrecce Hiroşima"dakı performansı ilə diqqətləri üzərinə çəkib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, son olaraq Liqa Kubokunda "Naqoya Qrampus"a qarşı oyunda komandasına qələbə qazanadıran qolun müəllifi olan Tolqay ümumillikdə 7 oyunda 7 qol və 1 asistə imza atıb.

34 yaşlı futbolçu bu yay "Melbrun Siti"dən Yaponiya klubuna transfer olunub.

Qeyd edək ki, Tolqay 2015-2016 və 2016-2017 mövsümündə "Beşiktaş"la Super Liqanın qalibi olub.