Türkiyəli hakimə ölüm təhdidi edilib

“Qalatasaray” – “Beşiktaş” matçında verdiyi qərarlar səbəbindən bir neçə gündür Türkiyədə müzakirə mövzusu olan FİFA referisi Arda Kardeşlerin ölümlə hədələndiyi bildirilir.

Sportline.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, 36 yaşlı hakim ölümlə hədələndiyini açıqlayıb. Təcrübəli hakim buna görə məhkəməyə baş vurduğu bildirilir.

Qeyd edək ki, Arda Kardeşler bir neçə həftə Türkiyə Süper Liqasında matçlara təyinat almayacaq.