Türkiyəli hakimlər millimizin oyununda
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan - Fransa oyununun təyinatları açıqlanıb.
Sportline.az xəbər verir ki, görüşü Türkiyədən olan hakimlər briqadası idarə edəcək.
FIFA referisi Halis Özkahyaya Kerem Ersoy və Serkan Olguncan yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Alper Ulusoy yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 7-də Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək Azərbaycan - Fransa matçı saat 21:00-da başlanacaq.