Türkiyəli şərhçi: "Vaxt var idi, Azərbaycan kimi komandalara yuxarıdan aşağı baxardıq"
Türkiyəli futbol şərhçisi Ahmet Çakar Türkiyə seçməsinin uğursuz çıxışını dəyərləndirərkən Azərbaycanın qələbəsinə də biganə qalmayıb. SportLine.az xəbər verir ki, "Beyaz TV"nin qonağı olan A.Çakar 5-6 il əvvəl deyirdik ki, qarşımıza Malta, Moldova, Lixtenşteyn, Azərbaycan kimi komandalar çıxmasa, biz bu işi bacarmarıq. Onlara yuxarıdan aşağı baxardıq. Qardaş Azərbaycanın hazırda 6 xalı var. Norveçi məğlub etdilər. Norveç də Ukrayna, İslandiya kimi bir komandadı. Kənd komandası deyil ki. 3-5 il əvvəl futbolunu kiçik gördüyümüz qardaş ölkə Azərbaycan hazırda “ənsəmizdədi”. Fatih Terimin nəvəsi Yaman babasını kənarda görmək istəyir. Amma mən Türkiyəni Cəbəllütariqlə eyni səbətdə görmək istəmirəm. Mən nəvəmin də bunu görməsini istəmirəm. Baxın, Azərbaycanın nəfəsi kürəyimizdədi”.