Türkiyəli ulduzdan bəd xəbər

"Milan"ın futbolçusu Hakan Çalhanoğlu A seriyasının 26-cı turunda "Verona" ilə matçı buraxacaq.

Sportline.az "Football İtalia"ya istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin əzələlərində gərginlik var. O, bu səbəbdən 25-ci turda (1:1) "Udenize" ilə görüşdə də iştirak etməmişdi.

Türk əsilli almaniyalı futbolçu bu mövsüm 30 matça çıxaraq, 6 qol vurub və 11 qolun ötürməsini verib.

Qeyd edək ki, sabah keçiriləcək "Verona" - "Milan" oyunu Bakı vaxtı ilə 18:00-da başlayacaq.