Türkiyəli ulduzla müqavilə uzadılır

"Milan" yarımmüdafiəçisi Hakan Çalhanoğlunun müqaviləsini uzatmağa hazırlaşır.

Sportline.az xəbər verir ki, "qırmızı-qaralar" türkiyəli futbolçuya 4 illik müqavilə təklif edib. 26 yaşlı oyunçu təklifi qəbul etsə, illik 3,5 milyon avro maaş alacaq.

Hakan bu mövsüm 36 oyunda 10 qol vurub, 8 assist edib.