Tyaqo Silvanın taleyinə aydınlıq gəlir
"Çelsi" Tyaqo Silva ilə yola davam etmək niyyətindədir.
Sportline.az xəbər verir ki, bu haqda Nikolo Skira Tvitterdə məlumat paylaşıb.
Tanınmış jurnalistin sözlərinə görə, londonlular braziliyalı müdafiəçi ilə 2025-ci ilədək müqavilə imzalamaq niyyətindədirlər.
Qeyd edək ki, 39 yaşlı futbolçu bu yay Səudiyyə Ərəbistanı klublarının sərfəli təkliflərindən imtina edərək "Çelsi"də qalmağı üstün tutmuşdu.