U-19 Avropa Çempionatının qalibi müəyyənləşib
19 yaşadək futbolçulardan ibarət Avropa Çempionatının finalında İspaniya və Fransa millisi qarşılaşıb.
Sportline.az xəbər verir ki, rəqibini 2-0 hesabı ilə məğlub edən İspaniya seçməsi turnirin çempionu olub.
Piriney təmsilçisinin qollarını İker Bravo (38) və Assan Dio (69) vurub.
İspaniya 1952, 1954, 1995, 2002, 2004, 2006, 2007, 2011, 2012, 2015 və 2019-cu illərdən sonra bu yaş kateqoriyasında kuboku 12-ci dəfə muzeyinə aparıb və kuboku ən çox qazanan ölkə ünvanına sahib çıxıb.
Kuboku daha əvvəl 8 dəfə qazanan Fransa isə 4-cü dəfə finalda məğlub olub