Üç cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır
Qətərin paytaxtı Dohada cüdo üzrə dünya çempionatı davam edir.
Sportline.az xəbər verir ki, bu gün Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə başlayacaq.
Avropa çempionu Orxan Səfərov (66 kq) 1/16 finalda Ahmed Abdelrahman (Misir)/Daikli Bouba (Fransa) cütünün qalibi ilə üz-üzə gələcək.
Qadınların yarışında Gültac Məmmədəliyeva (52 kq) 1/16 finalda Sofia Fiora (Argentina)/Cenifer Eriyen (Haiti) duelinin güclüsü ilə, Aydan Əliyeva (52 kq) 1/32 finalda Erza Muminovyo (Kosova) ilə güləşəcək.
Qeyd edək ki, Azərbaycan dünya çempionatında 13 cüdoçu ilə təmsil olunur. Daha əvvəl 60 kq-da Balabəy Ağayev ilə Turan Bayramov, 48 kq-da Leyla Əliyeva və Könül Əliyeva turniri medalsız başa vurublar. Yarış mayın 14-də başa çatacaq.