UEFA Çempionlar Liqası: “İnter” turnirlə vidalaşdı
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.
Sportline.az xəbər verir ki, turun ilk oyun günündə 4 qarşılaşma baş tutub.
Səfərdə "Nyukasl"ın (İngiltərə) qonağı olan Azərbaycan çempionu "Qarabağ" mübarizəni dayandırıb.
"Atletiko" Madriddə "Brügge"ni qəbul edib və rəqibinə qalib gələrək növbəti raunda adlayıb.
İlk matçda evdə İtaliya nəhəgi "İnter"i üstələyən Norveçin "Budyo Qlimt" komandası, səfərdə də qalib gəlməklə birinci görüşdə əldə etdiyi nəticənin təsadüfi olmadığını sübut edib.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab görüşləri
24 fevral
"Atletiko" (İspaniya) - "Brügge" (Belçika) 4:1
İlk oyun - 3:3
"Bayer 04" (Almaniya) - "Olimpiakos" (Yunanıstan) 0:0
İlk oyun - 2:0
"İnter" (İtaliya) - "Budyo Qlimt" (Norveç)1:2
İlk oyun -1:3
"Nyukasl" (İngiltərə) - "Qarabağ" (Azərbaycan)
İlk oyun - 6:1
Qeyd edək ki, pley-off mərhələsinin digər görüşləri sabah baş tutacaq.