UEFA-dan Cüneyt Çakıra təyinat

Türkiyəli FİFA referisi Cüneyt Çakır UEFA-dan 2022-ci ilin ilk təyinatını alıb. 

Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, o, Avropa Liqasının pley-off mərhələsinin "Leyptsiq" - "Real Sosyedad" oyununu idarə edəcək.

45 yaşlı hakimə Bahattin Duran və Tarık Ongun köməklik göstərəcək.

Qeyd edək ki, sözügedən görüş fevralın 17-də keçiriləcək.