UEFA-dan "Qarabağ" haqqında paylaşım
Konfrans Liqasının instaqram hesabında "Qarabağ"la bağlı paylaşım edilib.
Sportline.az xəbər verir ki, postda Ağdam klubunun fotoları paylaşılıb və onların Premyer Liqadakı məğlubiyyətsizliyi xüsusi vurğulanıb:
"Qarabağ" bu mövsüm yerli çempionatda məğlubedilməzdir. 16 oyun, 14 qələbə və 2 heç-heçə".
Xatırladaq ki, Azərbaycan çempionu Konfrans Liqasının pley-off mərhələsində Belçikanın "Gent" klubu ilə qarşılaşacaq. İlk oyun fevralın 16-da Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Belçikada keçiriləcək.
