UEFA "Fənərbağça"nı cəzalandırdı

UEFA “Maribor”la görüşdə yaşanan hadisələrə görə “Fənərbağça”nı 30 min avro cərimələyib.

Sportline.az Goal.com.tr-yə istinadla xəbər verir ki, buna “Maribor” ilə görüşdə “Fənərbağça” azarkeşlərinin etikadan kənar hərəkət etmələri səbəb olub.

İstanbul təmsilçisi növbəti səfər matçında azarkeş dəstəyindən də məhrum edilib. 

Qeyd edək ki, “Fənərbağça” səfərdə “Maribor”a 3-0 hesabı ilə qalib gəlmişdi.